Azərbaycanda nağd pul mərkəzi yaradılır

  • By admin
  • 20 Fevral 2023 12:15

Azərbaycan Mərkəzi Bankı (AMB) iki il ərzində ölkədə yeni “Cash Center” nağd pul mərkəzini yaradılmasını planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bunu AMB-nin Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı “Nağd pul dövriyəsinin təşkili-2023 seminarı”nda deyib.

O qeyd edib ki, Mərkəzi Bankın əsas yeniliklərindən biri də avadanlıqlara qarşı tələblərin müəyyən edilməsidir: “Yeni yaradılacaq “Cash Center” tam avtomatlaşdırılmış nağd pul mərkəzi olacaq”.

Gununsesi.info