Azərbaycanda “Naz Lifan L7”nin yığılmasına başlanılıb

  • By admin
  • 31 İyul 2020 16:46

Azərbaycanda yeni “Naz Lifan L7” avtomobil modellərinin yığılmasına başlanılıb.

Gununsesi.info xəbər verir ki, yığım “Naxçıvan Avtomobil Zavodu” MMC-də həyata keçirilir.

Xatırladaq ki, əsası 2006-cı ildə qoyulmuş bu zavod 2009-cu ilin mayında Pekində keçirilmiş Çin-Azərbaycan biznes-forumu zamanı Çinin “CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD.” avtomobil korporasiyası ilə əməkdaşlıq sazişi imzalayıb. Sazişə əsasən, Naxçıvan şəhərində “Lifan” markalı minik avtomobillərinin istehsalı təşkil olunub.

 

 

 

Gununsesi.info