Azərbaycanda nazir işdən çıxarıldı – FOTO

  • By admin
  • 13 İyul 2021 16:58

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilib.

Gununsesi.info xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Azad Cabbarovun Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, Azad Vaqif oğlu Cabbarov Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilib.