Azərbaycanda nazir müavini xəstəxanaya yerləşdirildi 

  • By admin
  • 17 Fevral 2021 15:06

Gənclər və İdman nazirinin müavini, Ağır Atletika Federasiyasının I vitse-prezidenti İsmayıl İsmayılovun səhhətində problem yaranıb.

Nazir müavini paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.

İ.İsmayılov sayta açıqlamasında səhhətində problem olduğunu təsdiqləyib və hazırda müalicəsini davam etdirdiyini deyib.

Xatırladaq ki, Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovdur.O, hazırda ABŞ-da müalicə olunur.(Report)

Gununsesi.info