Azərbaycanda neçə onkoloji xəstə uşaq var? - AÇIQLAMA

  • By admin
  • 28 Sentyabr 2019 11:03

Hazırda onkoloji xəstəlikləri olan uşaqların sayı 600-ü keçib.

Bunu Gununsesi.org-a açıqlamasında Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli deyib.

O bildirib ki, uşaqlar arasında daha çox bədxassəli embrional şişlər geniş yayılıb:

“Uşaqların hər biri mütəmadi şəkildə müalicələrə gəlir. Vaxtında diaqnozları düzgün qoyulan uşaqlar sağalır. Böyüklər üçün rayonlararası xəstəxanalar və onkoloqlar var. Amma uşaqlar üçün bu şərait yoxdur.

Bunun üçün uşaq onkoloqları yetişdirib hazırlamaq lazımdır. Milli Onkologiya Mərkəzində uşaq cərrahiyyəsi, kimyaterapiya, reanimasiya və əməliyyatxana şöbələri mövcuddur. Hətta bu gün mərkəzə ərəb ölkələrindən belə müraciət edənlər var”.

Gununsesi.org