Azərbaycanda növbəti dəfə zəlzələ olub

  • By admin
  • 16 Noyabr 2017 21:25

Bərdədə zəlzələ olub. 

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu gün saat 20:43:42-də Bərdədən 8 km cənub-qərbdə zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Yeraltı təkanlar Ağdam rayonunda da hiss olunub. Yeraltı təkanlar rayonun əksər kəndlərində hiss olunub. Rayon ərazisində dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, ötən gün axşam Bərdə və Ağdam rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində Ağdamda 2, Tərtərdə 2 yaşayış evi tamamilə uçub. Onlarla evə ciddi zərər dəyib.

Gununsesi.info