Azərbaycanda polisə xəsarət yetirib qaçan ata və oğlu tutuldu

  • By admin
  • 24 Noyabr 2021 15:06

Zərdabda polisə müqavimət göstərən şəxslər tutulub.

Gununsesi.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 23-də Ucar rayon sakinləri S.Qasımov, Ə.Abdurəhmanov və oğlu R.Abdurəhmanov Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində qanunsuz ov etdikləri üçün həmin ərazidə xidmət aparan Zərdab RPŞ-nin əməkdaşları tərəfindən RPŞ-yə dəvət edilərkən R.Abdurəhmanov tüfəngin qundağı ilə polis əməkdaşının əl nahiyəsinə xəsarət yetirib və tüfəngdən atəş açaraq qaçıblar.

Görülmüş tədbirlərlə onlar tutulublar.

Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi, 11 ədəd patron və 1 ədəd patrondaş götürülüb.

Gununsesi.info