Azərbaycanda polis generalı vəfat edib

  • By admin
  • 29 Sentyabr 2021 14:30

Azərbaycanda polis generalı vəfat edib.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun sabiq rəisi, polis general-mayoru Mehman Təhməzov dünyasını dəyişib.

O, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, M.Təhməzov 2012-ci ildə Azərbaycan İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə təyin edilib. 2019-cu ildə o, xidmətdə olmanın son həddi ilə əlaqədar təqaüdə göndərilib.

Gununsesi.info