Azərbaycanda polis yol qəzasında ÖLDÜ

  • By admin
  • 04 İyun 2022 09:20

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə bu gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.

Bu barədə DİN-dən bildirilib.

Nəticədə özü və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Gununsesi.info