Azərbaycanda polkovnik-leytenant vəfat etdi

  • By admin
  • 08 Mart 2022 17:13

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək rütbəli əməkdaşı qəfildən dünyasını dəyişib.

Gununsesi.info  Bakupost.az-a istinadən xəbər verir ki, polkovnik-leytenant Mübariz Vəliyev dünən axşam saatlarında ürək tutmasından vəfat edib.

1970-ci il təvəllüdlü M.Vəliyev çalışdığı sahədə böyük xidmətləri olan zabitlərdən hesab olunub.

O, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə “İgidliyə görə” medalı ilə təltif edilib.

Mərhum bu gün dəfn olunub.

Gununsesi.info