Azərbaycanda pomidor niyə bahalaşıb?

  • By admin
  • 28 Aprel 2022 17:22

Ötən ilin bu günləri ilə müqayisədə Azərbaycanda pomidorun qiymətində kəskin artım görünür.

Gununsesi.info-nun əməkdaşının araşdırması zamanı məlum olub ki, ölkə bazarındakı qiymət artımına səbəb pomidorun Azərbaycanın ən çox ixrac etdiyi qeyri-neft, kənd təsərrüfatı məhsulları arasında ilk sırada olmasıdır.

Bahalaşmaya digər səbəb isə  yanacağın qiymətinin bahalaşmasından sonra Şəmkir, Samux, Gəncə kimi bölgələrdə çoxsaylı istixanaların fəaliyyətini dayandırmasıdır.

Ötən ilin eyni dövründə ən ucuz pomidor 2.5 manat, ən bahalısı isə 3 manat olub. Rəsmi məlumata görə, bu il 3-4 manat civarındadır.

Kənd Təsərrüfatı Nazirliyindən isə Gununsesi.info-ya deyiblər ki,  pomidorun qiymətində bahalaşma təbiidir, yeni məhsulun bazara çıxması ilə qiymət normallaşacaq.

Bununla belə nazirlik, istixanaların kütləvi şəkidlə bağlanması iddilarını qəbul etməyib.

Gülnar Məmmədli

Gununsesi.info