“Azə­rbaycanda postmüharibə­ dövründ­ə məşgulluq v­ə investisiyalar” mövzusunda “workshop”

  • By admin
  • 06 İyun 2021 17:41

İyunun 4-dən başlayan İqtisadiyyat və İdarəetmə sahəsində magistr və doktorantların III Beynəlxalq Elmi Konfransı öz işini bölmə iclasları və “workshop”larla davam etdirir.

Gununsesi.info  xəbər verir ki, “Azə­rbaycanda postmüharibə­ dövründ­ə məşgulluq v­ə investisiyalar” mövzusuna həsr olunan “workshop”da Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədr müavini Fərid Vəliyev, Dövlət Məşğulluq Agentliyinin departament direktoru Fatimə Ələkbərova, İnvestBaku İnvestisiya Agentliyinin İcraçı direktoru Cavid Mustafayev, ABŞ-ın Minnesota Universitetinin məzunu, Milli Məclisinin VI çağırış deputatı Müşfiq Cəfərov mövzu ilə bağlı çıxış ediblər.

“Workshop”da işğaldan azad olunmuş bölgələrin yenidən dirçəldilməsi, iş yerlərinin yaradılması, infrasturukturun qurulması, müharibədən sonrakı dövrdə məşğulluq və investisiya mühiti ilə bağlı məsələlər geniş müzakirə olunub. Müzakirələr UNEC-in rəsmi Facebook səhifəsi və YouTubekanalında canlı yayımlanıb.

Gununsesi.info