Azərbaycanda qadın ərinə əsəbləşdi, səhvən qayınatasını yandırdı

  • By admin
  • 06 Avqust 2021 14:58

Bakıda Sabunçu rayonunda ailə münaqişəsi zamanı bədbəxt hadisə baş verib.

Gununsesi.info-nun məlumatına görə, ər və arvad mübahisə edib. Qadın həyat yoldaşına əsəbləşərək onun maşınına benzin tökərək yandırıb.

Bu zaman benzin oğlanın atasının üzərinə düşüb və o yanıq xəsarəti alıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, baş verən hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. İlkin məlumata görə, kişin yanması qəsdlə edilməyib”.

Gununsesi.info