Azərbaycanda rayonlar birləşdirilir?

  • By admin
  • 18 Aprel 2022 09:45

“Təkliflər var ki, rayon icra hakimiyyətləri birləşdirilsin, sayı azaldılsın”.

Gununsesi.info musavat.com-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ARB24-də yayımlanan “Peşəkar mübahisə” verilişində bildirib.

S.Novruzov xatırladıb ki, iki rayon ləğv edilərək Gəncə şəhərinə birləşdirilib: “1990-cı illərdə 10-a yaxın rayon yaradılıb. Məsələn, böyük rayonu iki hissəyə bölüblər…”

Deputatın sözlərinə görə, rayonları birdən-birə birləşdirib 16-17 rayon yaratmaq olmaz: “Mərhələli şəkildə rayonları birləşdirmək mümkündür. Əvvələr belə fikir vardı ki, ölkədə 8 zona yaradılsın, sonradan iqtisadi zonalar yaradıldı. Təbii ki, bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir. İslahatlar aparılır, bələdiyyələr də yeni strukturlara uyğun formalaşdırılacaq”.

Gununsesi.info