Azərbaycanda səfərbərlik elan olunacaq?

  • By admin
  • 18 Sentyabr 2022 12:28

Səfərbərliyin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı dərhal kütləvi informasiya vasitələri (KİV) ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.

Gununsesi.info xəbər verir ki, bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Dövlət Xidməti sosial şəbəkələrdə 10 gün ərzində ölkəmizdə səfərbərlik elan olunacağı barədə yayılan məlumatı qəti təkzib edib:

“Səfərbərlik xidməti əhalini sosial şəbəkələrdə yayılan şayiələrə inanmamağa, yalnız rəsmi qurumlara etibar etməyə çağırır”.

Gununsesi.info