“Azərbaycanda seçki prosesi yaxşı təşkil olunub” - TürkPA-nın baş katibi

  • By admin
  • 26 Sentyabr 2016 12:40

turkpa

“Azərbaycanda seçki prosesi yaxşı təşkil olunub”.

Gununsesi.info xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı ümumxalq səsverməsini (referendumu) müşahidə edən TürkPA-nın baş katibi Jandos Asanov deyib.
“Referenduma hazırlıq yaxşı təşkil olunub. Biz Bakıda yerləşən bəzi seçki məntəqələrində monitorinq həyata keçiririk”, – J.Asanov bildirib.
O, seçkilərin gedişindən məmnunluğunu dilə gətirib.
Qeyd edək ki, TürkPA müşahidəçilər missiyasının tərkibinə Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan deputatlar daxildir.

Gununsesi.info