Azərbaycanda Şengen VİZA qiymətləri artır? – Açıqlama

  • By admin
  • 05 Fevral 2020 17:40

Avropa Birliyi (AB) Komissiyası Şengen viza rüsumlarının yenilənməsi ilə bağlı yeni qaydaların tətbiqinə başlayıb.

Gununsesi.org xəbər verir ki, yeni tənzimlənmə ilə əvvəllər 60 avro olan viza rüsumlarının qiyməti 80 avro olaraq təyin edilib.

AB-nin məlumatına görə, 6-12 yaş arası uşaqlar üçün viza haqlarına da dəyişilik edilib.  Komissiya bu yaş qrupu üçün viza rüsumunu 35 avrodan 40 avroya qədər artırıb.

Yeni qanunun ölkəmizdə tətbiq məsələsinə gəlincə, turizm üzrə ekspert Kenan Henifəyev TED.az-a bildirib ki, bu bizim ölkəyə şamil edilməyəcək: “Bizim ölkə Avropa Konvensiyasına daxildir və əvvəlcədən bu istiqamətdə imzalanmış saziş var. Ona görə də qiymət artımı Azərbaycanda gözlənilmir. Əvvəlki qaydada vətəndaşlar 35 avro ödəməklə Şengen vizası əldə edə biləcək”.

Qeyd edək ki, Şengen bölgəsinə 26 ölkə daxildir.

Gununsesi.org