Azərbaycanda siqaret bahalaşdı

  • By admin
  • 11 Mart 2021 10:07

Bu gündən Azərbaycanda bütün növ siqaretlərin qiyməti artırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Report-a siqaret satışı ilə məşğul olan şəxslər məlumat verib.

Onların sözlərinə görə, ötən günlə müqayisədə qiymətlərdə 20 qəpik artım var.

“Siqaretin topdan satışı ilə məşğul olan firmalar bu gündən bizə malları yeni qiymətlərlə göndərib. Qiymət artımı bütün siqaret markalarında olub”, – deyə pərakəndə siqaret satıcıları bildirib.

Gununsesi.info