Azərbaycanda son sutkada 1022 nəfər koronavirusa yoluxub, 480 nəfər sağalıb, 10 nəfər vəfat edib

  • By admin
  • 30 Oktyabr 2020 15:02

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1022 yeni yoluxma faktı qeydə alınıb, 480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Gununsesi.info