Azərbaycanda son sutkada 1202 nəfər koronavirusa yoluxub, 998 nəfər sağalıb, 18 nəfər vəfat edib

  • By admin
  • 11 Noyabr 2020 16:39

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 202 yeni yoluxma faktı qeydə alınıb, 998 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

 

Gununsesi.info