Azərbaycanda son sutkada 633 nəfər virusa yoluxdu, 21 nəfər dünyasını dəyişdi

  • By admin
  • 09 Yanvar 2021 17:12

Azərbaycanda koronavirusa (COVID-19) 633 yeni yoluxma faktı qeydə alınıb, 1682 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 21 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 14072 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 9264, hazırkı dövrədək isə 2259555 test aparılıb.

Ümumi ölənlərin sayı 2890 nəfərdir.

Ümumi yoluxanların sayı 224050 nəfər, ümumi sağalanların sayı 207088 nəfərdir.

Gununsesi.org