Azərbaycanda son sutkada koronavirus əleyhinə 77 407 vaksin vurulub

  • By admin
  • 16 Fevral 2022 20:48

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 77 407 vaksin vurulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 375, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 869, buster doza üzrə vaksinasiya olunanların sayı isə 72 163 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 627 370, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 273 971, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 768 299, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 585 100 təşkil edir.

 

Gununsesi.info