Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb – FOTO

  • By admin
  • 01 Avqust 2021 17:00

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 416 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 070 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 040 778, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 923 477, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 117 301 təşkil edir.

Gununsesi.info