Azərbaycanda son sutkanın yoluxma sayı AÇIQLANDI – FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 531 yeni yoluxma faktı qeydə alınıb, 294 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

İndiyədək ümumilikdə 799 471 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 787 080 nəfər müalicə olunaraq sağalıb, 9752 nəfər vəfat edib, aktiv xəstə sayı 2 639 nəfərdir.

Son sutka ərzində 3950, hazırkı dövrədək isə 7 051 505 test aparılıb.

Gununsesi.info