“Azərbaycanda təhsil haqqının aşağı endirilməsi mümkün deyil” - NAZİR

  • By admin
  • 07 Noyabr 2017 14:05

Bu gün Azərbaycanda ali təhsil ocaqlarında təhsil haqqının azaldılması qeyri-realdır.

Gununsesi.info xəbər verir ki, bunu maliyə naziri Samir Şərifov Mili Məclisdə komitələrdə 2018-ci ilin büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, deputat Zahid Oruc Türkiyədə təhsil haqqının 200 dollar olduğunu əsas gətirərək, Azərbaycanda da təhsil haqqlarının aşağı endirilməsini təklif edib: “Mən Türkiyədə təhsil haqqının 200 dollardan başlamasını qeyri-real hesab edirəm. Bu ola bilməz. Əgər varsa, o zaman təhsil haqqının digər hissəsini kimlərsə ödəyir. O ki, qaldı Azərbaycanda təhsil haqqının aşağı endirilməsinə, bu, mümkün deyil. Əksinə Azərbaycan ali təhsil ocaq rəhbərləri təhsil haqqının qaldırılmasını təklif edirlər. Onlar bildirirlər ki, bu təhsil haqqı ilə təhsil ocağını saxlamaq qeyri-mümkündür”.

Mürtəza

Gununsesi.info