Azərbaycanda tanınmış vəkil VƏFAT ETDİ

  • By admin
  • 21 Noyabr 2021 20:05

Vəkillər Kollegiyasının üzvü, fəxri hüquq doktoru, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun müdiri Sahib Cəlilli dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə S.Cəlillinin həmkarları xəbər yayıb.

Məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, S.Cəlilli uzun illər hüquq sahəsində çalışmaqla yanaşı, bu sahəyə aid bir sıra məqalələrin müəllifidir.

Gununsesi.info