Azərbaycanda TikTok-a giriş məhdudlaşdırılacaqmı? - Nazirlikdən CAVAB

  • By admin
  • 18 Yanvar 2023 10:48

Məlumdur ki, TikTok sosial şəbəkə platformasında yayımlanan bir sıra video kontentlər heç də ürəkaçan deyil. Hazırda bu paylaşımlar daha da geniş hal almağa başlayıb. Bir müddət öncə TikTok-a qoyulan məhdudiyyət az da olsa sözügedən video kontentlərin azalmasında bir növ fayda vermişdi.

Bəs bunları nəzərə alsaq, aidiyyatı qurumlar yenidən TikTok platformasına istifadəçilərin girişini məhdudlaşdıra bilərmi? Bu addım gözləniləndir?

Gununsesi.infi xəbər verir ki, “Bizim.Media” bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sual ünvanlayıb.

Qurumun Elektron Təhlükəsizlik Xidmətindən verilən açıqlamaya görə, hazırda hər hansı məhdudiyyət gözlənilmir.

“Bildiririk ki, sosial şəbəkələrdə istifadəçilər tərəfindən edilən paylaşımlar həmin sosial şəbəkələrin inzibatçıları tərəfindən müəyyən edilmiş qayda və şərtlərlə tənzimlənir. Gələcəkdə “Tik-Tok” sosial şəbəkəsinin Azərbaycan seqmentinin istifadəçiləri üçün məzmun keyfiyyətinin artırılması ilə bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulur”, – deyə qurumdan bildirilib.

Gununsesi.info