Azərbaycanda toyuq əti ucuzlaşa bilər - VİDEO

  • By admin
  • 15 May 2023 14:11

Arpa, buğda, kəpək kimi dənli bitkilərin qiymətində enmə müşahidə olunur.

Gununsesi.info xəbər verir ki, satıcılar deyirlər ki, ucuzlaşma 10-20 qəpik arasında dəyişir.

İndi arpa 60 qəpiyə satılır. Əvvəlki qiymət isə 75-80 qəpik arasında dəyişirdi.

Bəs görəsən, dənli bitkilərin ucuzlaşması, xüsusilə toyuq ətinin qiymətinə necə təsir edəcək?

Satıcılar deyirlər ki, qarşıdan biçin mövsümü gəlir.

Qiymətlərin bir qədər də enəcəyi ehtimal edilir.

Daha ətraflı süjetdə:

Gununsesi.info