Azərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edildi – Nöqsanla işdən çıxarılmışdı

  • By admin
  • 17 Dekabr 2020 10:43

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir müddət əvvəl işdən çıxarılan vəzifəli şəxsi rüşvətə görə həbs edilib.

Gununsesi.org məlumat verir ki, qafqazinfo-nun verdiyi xəbərə görə, Nazirliyin Abşeron rayon Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Məmmədov Oruc Nüsrət oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində istintaq davam etdirilir.

Qeyd edək ki, O.Məmmədov bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən qovulub.

Gununsesi.org