Azərbaycanda yaşayış binasında güclü partlayış: ÖLƏN VAR/FOTO

  • By admin
  • 26 May 2022 09:53

Gəncə şəhərində beş mərtəbəli binada yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və 8 yanğınsöndürən maşını cəlb olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun cəsədi aşkarlanıb.

Hadisənin qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info