Azərbaycanda yaxın günlərdə dağıdıcı zəlzələ gözlənilir?

  • By admin
  • 10 Mart 2023 11:59

“Yaxın günlərdə Azərbaycanda dağıdıcı zəlzələnin olması ehtimalı yoxdur”.

Gununsesi.info xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, mütəmadi şəkildə müxtəlif maqnitudada yeraltı təkanlar qeydə alınır və bu da normaldır:

“Bunlar da qorxulu deyil. Ölkəmiz seysmik zonada yerləşir. Xəzər dənizi, Böyük Qafqazın cənub yamacı, Şamaxı, İsmayıllı, Quba-Xaçmaz və digər ərazilər aktiv zonada yerləşir”.

Gununsesi.info