Azərbaycanda yeddi sığorta agentinin lisenziyası ləğv edilib

  • Müəllif: Firuzə
  • 04 Avqust 2025 16:18

Azərbaycan Mərkəzi Bankı (AMB) yeddi fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, bu qərar iyulun 30-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alınaraq qəbul edilib.

 

Gununsesi.info