Azərbaycanda yoxa çıxmış 18 yaşlı oğlanın meyiti tapıldı

  • By admin
  • 04 Mart 2018 12:25


Şabran rayonunda meşə massivində meyit tapılıb.

APA-nın verdiyi məlumata görə, rayonun Xəlfələr kəndində aşkar edilən cəsədin 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olduğu bildirilir.

Həmin şəxs fevral ayının 26-dan itkin düşən şəxs kimi qeydiyyatda olub. İlkin ehtimala görə, E. Əzimov yıxılaraq aldığı xəsarətlər dünyasını dəyişib.

Gununsesi.info