Azərbaycanda zəlzələ oldu -VİDEO

Bu gün Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimal-qərbdə, Biləsuvar rayonunda 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.