Azərbaycanda zəlzələ olub

  • By admin
  • 04 Noyabr 2020 22:51

İmişlidə zəlzələ olub.

Bu barədə Gununsesi.info Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 21:51-də Saatlı stansiyasından 17 km şimal-qərbdə İmişli ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Zəlzələ ocağı 52 kilometr dərinlikdə yerləşib.

 

 

Gununsesi.info