Azərbaycandan ən çox hansı qeyri-neft məhsulları ixrac olunur? - ŞİRKƏTLƏRİN SİYAHISI

  • By admin
  • 15 Noyabr 2017 12:00

2017-ci ilin 9 ayında qeyri-neft sektoru üzrə ixrac  əməliyyatlarında 1582 subyekt iştirak edib.

Gununsesi.info “İxrac” jurnalina istinadən ixrac əməliyyatları və şirkətləri haqqında məlumat verir.

Məlumata görə, cari ilin  sentyabr ayında isə qeyri-neft sektoru üzrə 395 subyekt tərəfindən 106 milyon dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib..

Sentyabr ayı üzrə ixrac olunan əsas mallar qabığı təmizlənmiş meşə fındığı, qızıl, metanol (metil spirti), alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, alma, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr, ağ şəkər, soğan, xiyar və kornişonlar, mis filizləri və konsentratları, gavalı və göyəm, doymamış propen (propilen), şaftalı və s. olub.

Cari ilin 9 ayında qeyri-neft sektorunda fiziki şəxslərin siyahısında ilk onluqda duranlaırn ixrac gəlirləri aşağıdakı kimidir?

– Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi 57 milyon dollar 

–  “Baku Steel Company” MMC 47.6 milyon dollar

– “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, 34.5 milyon dollar

– “MKT İstehsalat Kommersiya” MMC 21.2 milyon dollar

–  “Sun Food” MMC 21 milyon dollar

–  “CTS-Agro” MMC 14.2 milyon dollar

– “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC 13 milyon dollar\

– Fətəliyev Süleyman Məmməd oğlu 12.6 milyon dollar

– “Food Export Şəmkir” MMC 10.8milyon dollar

–  Talıbov Zabil Ocaqverdi oğlu təmsil olunur 16 milyon dollar

Vüsalə

Gununsesi.info