“Azərbaycandan adığımız qazın həcmini artıracağıq” - ÇAVUŞOĞLU

  • By admin
  • 11 Avqust 2020 14:43

“Azərbaycandan alacağımız qazın həcmini daha da artıracağıq”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin birgə mətbuat konfransında Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, nəqliyyatla əlaqəli layihələrdən əlavə, prioritet hesab edilən iki layihə var: Qars-Naxçıvan dəmir yolu və təbii qaz layihəsi.

Türkiyəli nazir bildirib ki, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi barədə də müzakirələr aparılıb:

“Ceyhun qardaşımız əvvəllər təhsil naziri olduğu üçün bu mövzuları çox yaxşı bilir”.

 

 

Gununsesi.info