Azərbaycandan Ermənistana gübrə və buğda göndəriləcək

  • Müəllif: Firuzə
  • 01 İyun 2026 10:33

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə və buğda göndəriləcək.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bu ölkəyə iki vaqon gübrə və iki vaqon buğda tədarük olunacaq.

Qatar saat 14:00-da “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Gununsesi.info