Azərbaycandan İrəvana kimlər gedir?

  • By admin
  • 16 Fevral 2022 10:56

Avronest Parlament Assambleyası Bürosunun iclasları bu il fevralın 19-22-də İrəvanda keçiriləcək. Assambleyanın Siyasi, İnsan haqları və demokratiya, Enerji təhlükəsizliyi, İqtisadi inteqrasiya, Hüquqi yaxınlaşma və Aİ siyasəti, Sosial, Məşğulluq, Təhsil, Mədəniyyət və Vətəndaş cəmiyyəti komitələrinin nümayəndə heyəti və Şərq Tərəfdaşlığının üzvləri Ermənistana gedəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet bildirib ki, Azərbaycan iclasda iştirakını ilkin olaraq təsdiqləyib və Bakıdan nümayəndə heyətinin İrəvana gedəcəyi istisna edilmir.

Tədbir İrəvandakı İdman-Konsert Kompleksində baş tutacaq.

Gununsesi.info