Azərbaycandan Kərbəla ziyarətinə gedən 3 zəvvar dünyasını dəyişib

  • By admin
  • 29 Noyabr 2016 11:28

kerbala

2016-cı ildə Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarlardan 3 nəfər dünyasını dəyişib.

Gununsesi.info-nun xəbərinə görə,  gənc zəvvarlardan biri Kərbəla şəhərində yaranmış izdiham zamanı ayaq altında qalaraq dünyasını dəyişib. Daha iki zəvvar isə ayrı-ayrı vaxtlarda vəfat edib.

Bundan başqa, azərbaycanlı zəvvarların olduğu avtobuslardan biri qəza təhlükəsi ilə üzləşib. Belə ki, qarşıdan gələn minik avtomobillərindən biri avtobusun yoluna çıxıb. Lakin sürücünün peşəkarlığı səbəbindən qəza təhlükəsi sovuşub. Xoşbəxtlikdən hadisə zamanı ağır xəsarət alan olmayıb.Hadisə yerinə polis əməkdaşları gəlib.

Gülnaz Qənbərli

Gununsesi.info