Azərbaycanı daha yaxından tanıyaq! - ANKARADAKI SƏFİRLİYİMİZ YENİ LAYİHƏ BAŞLAYIR

  • By admin
  • 18 May 2022 18:12

Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən AzərbaycanınMüstəqillik günü və Azərbaycan ilə Türkiyə arasında diplomatikəlaqələrin yaranmasının 30 illiyi münasibətilə “Azərbaycanı daha  yaxından tanıyaq!” adlı yeni bir layihə başlanmışdır.

Səfirlikdən Gununsesi.info-ya göndərilən məlumatda deyilir  ki, layihəyə əsasən Türkiyədə fəaliyyət göstərən universitet vəməktəblərdə Azərbaycan otaqlarının yaradılması nəzərdə tutulur.

Samsun vilayətinin Bafra rayonunun Kolay kənd ortaməktəbinin (Samsun Bafra Kolay Orta okulu) direktoru FarukAkkurtun Azərbaycanın Türkiyədəki Səfirliyinə müraciət edərəkməktəbin kollektivinin və şagirdlərin ölkəmizi yaxından tanımaqarzusunu ifadə etməsi ilə əlaqədar olaraq, ilk Azərbaycan otağıməhz Kolay kənd orta məktəbində yaradılmışdır. Açılış mərasimində Azərbaycanın Türkiyədəki Səfirliyinin birincikatibi Elxan Zeynalov iştirak etmiş, qeyd edilən layihə barədəətraflı məlumat vermişdir.

Azərbaycan otağında qurulmuş məlumat stendlərindəAzərbaycan Xalq Cümhuriyyətindən başlayaraq ölkəmizdə dövlət quruculuğu, Ümummilli lider Heydər Əliyevin həyatyolu, mənalı fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycanın inkişaf yolu, Birinci vitse-prezident Mehriban Əliyevanın bir çox istiqamətlərdə həyata keçirdiyi əhəmiyyətli fəaliyyət, milli mədəniyyətimizə verdiyi töhfə, ölkəmizin qədimmədəniyyəti, tarixi şəxsiyyətlər və digər mövzularda genişməlumat verilir.

Səfirliyin layihə çərçivəsində fəaliyyətinin davam etməsinəzərdə tutulur.

Gununsesi.info