Azərbaycanı Moskvada beynəlxalq müsabiqədə təmsil edəcək gənc

  • By admin
  • 11 Avqust 2017 20:00

IMG_2087

“Sən supersən! Rəqslər” artıq sentyabrda Rusiyanın NTV telekanalında start götürəcək. Bir müddət sonra 140-dan artıq gənc rəqqas öz bacarıqlarını milyonlarla teletamaşıçıya təqdim edəcəklər. Azərbaycanı bu layihədə dörd iştirakçı təmsil edir: Abbasqulu Səfərov, İlkin Hüsuyenov, Sevinc Behbudova və Sevda Fətullayeva.

Gununsesi.info bildirir ki, 11 saylı internat məktəbinin yetirməsi on altı yaşlı Abbasqulu Səfərov Rusiyanın NTV telekanalının keçirdiyi beynəlxalq “Sən supersən! Rəqslər” layihəsində iştirak edəcək. Oxuculara layihənin ilk azərbaycanlı iştirakçısını təqdim edirik.

O, artıq beş yaşından rəqslə məşqul olur və həyatını musiqisiz və rəqssiz təsəvvür etmir.

“Mən neçə-neçə müsabiqədə iştirak etmişəm və nəticələr əldə etmişəm, birinci yer tutmuşam. Moskvadakı müsabiqədən çox şey gözləyirəm, orada birinci olmaq istəyirəm” , – deyə Abbasqulu söyləyir.

Unikal rəqs müsabiqəsi valideyn himayəsindən məhrum olan uşaqlara böyük rəqs dünyasında ilk addımlarını atmağa kömək edir. Layihədə ölkələrin ən yaxşı xoreoqrafları toplaşırlar ki, hər kəsin rəqs edə biləcəyini sübut etsinlər. Müsabiqədə gənc rəqqaslar soloda, cüt şəkildə və kollektiv rəqs edəcəklər.