Azərbaycanı vassala çevirmək istəyirlər - ELMAN NƏSİROV

  • By admin
  • 23 Sentyabr 2016 15:43
elman
“Son günlərdə ölkəmizə qarşı təşkil olunan təzyiqlərin arxasında   Azərbaycandan vassal ölkə yaratmaq məqsədi dayanır. Ancaq adıçəkilən beynəlxalq siyasi qüvvələr bu istəklərini xülyalarında görəcəklə”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Elman Nəsirov BMT-nin İnsan hüquq müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçisi Mişel Forst hesabatındakı tövsiyyələrlə bağlı mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda mühüm  dövlət əhəmiyyətli tədbirlər keçirilən ərəfədə Azərbaycanı sevməyən beynəlxalq siyasi qüvvələr, QHT-lər ölkəmizi hədəf seçərək, reallığı əks etdirməyən  qərəzli, qeyri-obyektiv mövqelərini ortaya qoyurlar. “Bu yolla beynəlxalq ictimaiyyətə çaşdırmağa çalışırlar. Özü də bu qüvvələr və təşkilatlar məqsədyönlü və planlı şəkildə elə bir zaman seçirlər ki, həmən zaman Azərbaycana diqqət əvvəlkindən daha  çox olur. Onlar bu məqamdan yararlanaraq Azərbaycana qarşı qərəz dolu  iftiralarını yaymağa başlayırlar”- deyə, millət vəkili vurğulayıb.
Bu təşkilatların Azərbaycanı hədəf seçməsinin əsas hədəfi barədə danışan E.Nəsirov deyib ki, onlar bu yolla Azərbaycana təzyiq  edib planlarını  və istəklərini diqtə etdirmək istəyirlər. “Bu yolla Azərbaycanda ictimai-siyasi sabitliyin, davamlı inkişafın qarşısını almaq istəyirlər. Bu qüvəvlər, əslində,  eyni mərkəzdən  idarə olunaraq,  eyni siyasi sifarişi yerinə yetirirlər. Elə BMT İnsan haqları üzrə məruzəçisinin Mişel Forstin Bakıda verdiyi bəyanat və tövsiyyələr da bu qəbildən olan addımdır. Sanki bu şəxs heç bir faktı araşdırmadan hər zaman anti-Azərbaycan mövqeyi ilə məhşur olan “Fredoom haus”-un hazırladığı hesabatların üzünü köçürərək yekun sənəd yayırlar”- E.Nəsirov bildirib.
Millət vəkili əlavə edib ki, əgər bu təşkilatlar həqiqətən də  hüquq-müfdafiə təşkilatlarıdırsa, onda niyə, bu təşkilatların hesabatlarında hüquqları total surətdə pozulan bir milyona yaxın məcburi köçkün və qaçqınların  hüquqları barədə bir cümlə də yer almır. “Adı çəkilən bu təşkilatlar o, QHT-lərlə əməkdaşlıq edirlər ki, onlar hər zaman Azərbaycanda  vətəndaş cəmiyyətinin inkişafını istəməyən və qərəzli mövqe nümayiş etdirən təşkilatlar olub.
Bu bir daha göstərir ki, bu hesabatlar ancaq siyasi sifarişli hesabatlardır. Bu yolla Azərtbaycana təzyiq edib, təhrif olunmuş məlumatlar yaymaqla beynəlxalq aləmdəki imicini korlamaq cəhdində bulunurlar. Azərbaycanda idarəolunan xaos yaratsınlar. Bu qüvvələr müsəlman ölkəsi olan Azərbaycanda  ictimai-siyasi sabitliyin və inkişafın olmasını istəmirlər. İstəmirlər ki, Azərbaycanın dünyada sözünün çəkisi olsun. Ona görə də, bu qüvvələr  Azərbaycanı belə əhəmyyətli tədbirlər ərəfəsində hədəf seçib, mənfi obrazını beynəlxalq aləmə çatdırmağa çalışırlar. Biz dəfələrlə  belə hadisələrən şahidi olmuşuq. Ancaq Azərbaycan cəmiyyəti də onların bu niyyətlərini bildiyindən, cəmiyyəti  bu yolla aldatmaq mümkün deyil”- deyə, E. Nəsirov vurğulayıb.
 E.Nəsirov bildirib ki, 2015-ci il parlament sesçkiləri zamanı Avropa Parlamenti  müşahidə etməkdə imtina etdilər, məgər seçkilərin nəticələrini tanımadı:  “Amma bir ildən sonra Avropa Parlamenti böyük heyətlə Azərbaycana səfər edir və öz səhvlərini etiraf edərək, əməkdaşlıq etməkdə maraqlı olduqlarını bəyan edirlər”.
Avropa Şurası Venesiya Komissiyasının tələm-tələsik rəyini və BMT İnsan Haqları Komissarının hesabatını  vahid siyasi mərkəzdən idarə olunduğunu  deyən millət vəkili bildirib ki, onlar bu yolla Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsinə mane olmaqla, vassal bir  Azərbaycan dövləti formalaşdırmaq istəyirlər. “Onlar bunu ancaq xülyalarında görə bilərlər. Bizim böyük hədəflərimiz var  və biz buna çatmaq uğurnda  mübarizə aparırıq. Kimsə bizi bu yoldan döndərə bilməz”- deyə, millət vəkili bildirib.
Mürtəza Bünyadlı
Gununsesi.info