Azərbaycanın Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

  • By admin
  • 10 İyul 2022 10:15

Əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı, publisist Ənvər Çingizoğlu (Fərəcov) dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, o, 60 yaşında vəfat edib.

Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuş Ə. Çingizoğlu 1962-ci ildə Cəbrayıl rayonunda anadan olub.

Mərhum həmçinin regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxın zəhmət sərf edib.

Gununsesi.info