Azərbaycanın 2 qadın şahmatçısı “100-lüy”ə daxil olub - FİDE reytingi

  • By admin
  • 30 Sentyabr 2019 21:50

Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Gununsesi.org xəbər verir ki, kişilərin reytinqində Azərbaycan şahmatçılarından yalnız 3-ü “100-lüy”ə düşüb. Şəhriyar Məmmədyarov 2767 xalla 7-ci, Teymur Rəcəbov 2758 xalla 15-ci pillədə qalıb. Əvəzində Qədir Hüseynov 13 pillə irəliləyərək, 2660 xalla 86-cı mövqedə qərarlaşıb. Əvəzində Arkadi Naydiç yenə “100-lük”dən kənardadır.

Qadınlar arasında Günay Məmmədzadə 2427 xalla 38-ci, Gülnar Məmmədova 2369 xalla 97-ci, Xanım Balacayevə və Ülviyyə Fətəliyeva isə hərəyə 2368 xalla 98-99-cu pillələrdə qərarlaşıblar.

Dünya reytinq sıralamasına əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. Onun 2876 xalı va. 2812 xala malik ABŞ təmsilçisi Fabiano Karuana ikinci, 2811 xalı olan çinli Dinq Liren isə 3-cü pillədə qalıb.

Qadınların reytinq cədvəlinə 2659 xalla çinli Hu Yifan başçılıq edir. İkinci yerin sahibi 2586 xalla onu həmyerlisi, qadınlar arasında hazırki Dünya Çempionu Ju Venyun, üçüncü yerin sahibi isə 2577 xala malik hindistanlı Humpu Konerudur.

 

 

Gununsesi.org