“Azərbaycanın 44 günlük müharibədə verdiyi itkilər 26 illik atəşkəsdəkindən qat-qat azdır” - AÇIQLAMA

  • By admin
  • 12 Noyabr 2020 12:27

“Azərbaycanın 44 günlük müharibədə verdiyi itkilər 26 illik atəşkəs müddətində verdiyi itkilərdən qat-qat azdır”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bu gün keçirdiyi brifinqdə deyib.

Z.Oruc bildirib ki, müharibədə qələbədən danışarkən bu amili unutmaq olmaz:

“Azərbaycan ordusunda xidmət edən, vətəni qoruyan hər bir əsgərin, zabitin həyatı bizim üçün önəmlidir, qiymətlidir”.

Gununsesi.info