Azərbaycanın ABŞ-dakı səfirliyi xəbərdarlıq etdi

  • Müəllif: admin
  • 29 Avqust 2017 11:18

harvey-goes-82517-0

Azərbaycanın ABŞ-dakı səfirliyi Harvi qasırğası ilə bağlı bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib.

Gununsesi.info-nun məlumatına görə, səfirliyin konsulluq xidmətinin “Facebook” səhifəsində bildirilir ki, Texas ştatında davam edən Harvi qasırğası ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyində “qaynar xətt” fəaliyyət göstərir:

“Təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlardan ABŞ-ın bu bölgəsinə səfər etməmələri tövsiyə olunur. Təbii fəlakət zonasında olan vətəndaşlarımızdan yerli dövlət qurumlarının təlimatlarına riayət etmələri və fövqəladə hallarda ABŞ Sahil Mühafizəsinin telefon nömrələrinə zəng etmələri xahiş olunur”.

Gununsesi.info