Azərbaycanın Avropa İttifaqı illə iqtisadi, ticari əlaqəqələrdəki marağı insan hüquqları məsələsində görünmür - AVROPALI DEPUTAT

  • By admin
  • 28 Fevral 2023 11:55

Avropa Parlamentinin üzvü Viola Von Kramon-Taubadel Azərbaycan və Avropa İttifaqı münasibətləri barədə Amerikanın Səsinə danışıb.

Gununsesi.info-nun xəbərin görə, almaniyalı deputat Azərbaycanda insan hüquqları, söz və mətbuat azadlığının vəziyyətinə dair narahatlıq ifadə edib.

O, müsahibəsində Avropa İttifaqının Azərbaycanla  münasibətlərə böyük önəm verdiyini deyib: “Bu münasibətlərin inkişafı vacibcdir. Münasibətləri təhlil edəndə Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə iqtisadi, ticari əlaqələrdə maraqlı olduğu görünür. Ancaq biz bunu insan hüquqları , azad medianın inkişafı  məsələrində görə bilmirik. Bu sahədə Azərbaycanda ciddi problemlər mövcuddur”.

 

Tərcümə:

Afət