Azərbaycanın bank və sığorta sektorundan təbiətə töhfə: ildə 100 min ağac əkiləcək

Gununsesi.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə həyata keçirilən tədbirlərin davamı olaraq, ölkə ərazisində yaşıllıq sahələrinin daha da genişləndirilməsini nəzərdə tutan yeni əməkdaşlıq layihəsinin icrasına başlanılıb.
ETSN ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar, Azərbaycan Sığortaçılar, Azərbaycan Mikromaliyyə, Azərbaycan Fond Bazarı İştirakçıları və Azərbaycan Fintex Assosiasiyaları arasında ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Gələcək nəsillərin ekoloji cəhətdən sağlam mühitdə yaşamasının təmin olunması, ətraf mühitin qorunmasına dəstək məqsədilə imzalanan Memorandum 2023-cü ildən başlayaraq ölkə ərazisində 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 milyon ağacın əkilməsini nəzərdə tutur.
Şəbnəm
Gununsesi.info