Azərbaycanın bayraqdarı çempion oldu

  • By admin
  • 03 Sentyabr 2021 19:01

Daha bir güləşçimiz Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünü keçirib.

 

Gununsesi.info  xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov qızıl medal uğrunda qazaxıstanlı Qoşqar Məhəmməd ilə qarşılaşıb.

 

Rəqibinə 7:5 hesabı ilə qalib gələn güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. H.Cəfərov MDB Oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı olub.

 

67 kq

 

A qrupu

 

1-ci görüş: Həsrət Cəfərov – İlyas Yandarov (Rusiya) 2:1

 

2-ci görüş: Həsrət Cəfərov – Madiyar Maulitkanov (Qazaxıstan) 9:0

 

Yarımfinal: Həsrət Cəfərov – Doniyerxon Nakibov (Özbəkistan) 10:1

 

Final: Həsrət Cəfərov – Qoşqar Məhəmməd (Qazaxıstan) 7:5

Gununsesi.info